Sayın Harun Arslana
Əziz Hocam!
Sizi – qardaş Türkiyənin ünlü yazarını xoş hisslərlə salamlamaqdan məmnunluq duyuram.
İllərdir ki, Sizin imzanız ölkənizin ən məşhur media orqanlarının, populyar qəzetlərin səhifələrini bəzəyir. Qələmə aldığınız yazılar aktual mövzuları əhatə etməklə yanaşı həm də cəmiyyəti düşündürən problemlərə işıq saldığındandır ki, böyük maraqla qarşılanır və sevilə-sevilə oxunur. Dövlətçilik düşüncəniz, haqq olanı yazmaq amacınız məsələlərə obyektiv baxışınızı oluşdurur. Tanınmış bir qəzetəçi olaraq fəaliyyətiniz, gördüyünüz işlər hamıda rəğbət doğurur. Bu gün çağdaş Türk mediasında Sizin öz imzanız, toxunulmaz yeriniz var.
İstəkli Harun bəy, Sizinlə gözəl Mersin şəhərində görüşümüzü xoş hisslərlə xatırlayıram. Türkiyəyə son səfərimiz zamanı fürsət bulub AY Partiyası təmsilçiləri ilə görüşdüyünüzə görə Sizə bir daha təşəkkürlərimi yetirirəm. Haqqımızda qələmə aldığınız səmimi yazılar da bu görüşün təəssüratından yarandı. Şəxsimizə verdiyiniz dəyər, səmimi sözlər bizim üçün çox xoş oldu. Sizin kimi ustad bir yazarın qələmindən çıxan yazılar, təbii ki, bizə qürur yaşatdı. İnanıram ki, ilk görüşdən yaranan bu isti və doğma münasibət bundan sonra daha böyük sürəclə davam edəcək və biz bunu ürəkdən arzulayırıq. Onu da bildirim ki, biz, qardaş ölkələr olan Türkiyə, Kuzey Kıbrıs Türk Cümhuriyyəti və digər Türk dövlətlərinə yönəlik siyasətimizi həyata keçirmək üçün uzun müddət fəaliyyət göstərmək niyyətindəyik və bu yöndə əməkdaşlıq edəcəyimiz dəəyərli şəxsiyyətlər arasında Siz də varsınız.
Bir daha var olun!
Sayğılarla
Anar Əsədli
AY Pariyasının başqanı